Bu il Azərbaycanda 654 nəfər QİÇS-ə yoluxub

Bu ilin 11-ayı ərzində Azərbaycanda 654 nəfər QİÇS-ə yoluxub.

Olaylar.az xəbər verir ki, bunu Respublika QİÇS Mərkəzinin rəhbəri Famil Məmmədov deyib.

O bildirib ki, xəstəliyə yoluxan şəxslərin 432-si kişidir.

"Bu il QİÇS-ə yoluxan şəxslərdən 635-i Azərbaycan vətəndaşı, 19-u əcnəbidir.

Ümumilikdə, QİÇS-ə yoluxanların 78,5 faizi 29 yaş qrupuna aid şəxslər, 2 faizi isə 17 yaşa qədər olan uşaqlardır", - deyə mərkəz rəhbəri bildirib.

Mənbə: trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31