Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi vətənpərvərlik mövzusunda layihələrini həyata keçirməkdə davam edir
1 Dekabr 2021 19:33 SosialBu dəfəki qəhrəmanlar Qazi İmran Quluzadə və Samir Bünyatov olub.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb.
121 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova və uşaq birliyi rəhbəri Sevda Əliyeva qazilərimizə can sağlığı arzulayıb və onlarla daim fəxr etdiklərini bildiriblər.
Qazilər şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb, şəhid ailələrinə, eləcə də müharibə qazilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.
Tədbirdə 121 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri vətənpərvərlik mövzusunda müxtəlif çıxılar ediblər.
Sonda qazilər kitabxana tərəfindən Fəxri Fərmanla təltif ediliblər.



