3 hərbçimiz başqa yerlərdə dəfn olunacaq
1 Dekabr 2021 16:48 SosialDövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərdən 11-i II Şəhidlər xiyabanında dəfn edilib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, qəzada həlak olan 3 hərbçi - polkovnik Cavadov Fizuli Əli İbram oğlu Zirədə, kapitan Əliyev Xəyyam Əlixan oğlu Əmircanda, baş leytenant Nağıyev Fərid Təyyar oğlu isə Beyləqanda dəfn olunacaq.
Bu barədə qərar onların ailələrinin istəyi ilə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31