Tədbirlər ləğv edildi, mərasimlər təxirə salındı
1 Dekabr 2021 15:15 SosialXəbər verdiyimiz kimi, dünən saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar oldu.
Qəzada şəhid olan 14 nəfər hərbiçimiz bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Olaylar.az olaraq, tanınmış restoran və şadlıq sarayları ilə əlaqə saxladıq. Bununla əlaqədar şəhərin müxtəlif bölgələrində yerləşən əksər şənlik saraylarında tədbir və toy mərasimləri təxirə salınıb.
Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31