Türkiyə və Azərbaycan ali təhsildə yeni əməkdaşlığı planlaşdırır - FOTO

Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb.

Bu barədə Erol Özvar özünün tviterdəki səhifəsində bildirib.

Erol Özvar görüşün Bakıda baş tutduğunu vurğulayıb. O, qeyd edib ki, görüşdə iki ölkə arasında ali təhsil sahəsində planlaşdırılan yeni əməkdaşlıqla bağlı fəaliyyət müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31