Zəfər yarmarkasına hər gün minlərlə insan axın edir - "YAŞAT" Fondunun rəsmisi (FOTO)

Zəfər yarmarkasına hər gün minlərlə insan axın edir.

Bunu "YAŞAT" Fondunun müdir müavini Rəbiyyə Cəfərova deyib.

O bildirib ki, bu gün yarmarka çərçivəsində müxtəlif tədbirlər keçiriləcək:

"Artıq Zəfər Yarmarkasının son günləridir. Bu gün Türkiyədən gələn hərbi orkestrin çıxışı, pəhləvanların tamaşası, müxtəlif tədbirlər, axşama doğru isə hərbi vətənpərvərlik ruhunda konsert proqramları təşkil olunacaq.

Hər gün minlərlə insanın axın etdiyi yarmarka sabah yekunlaşacaq. Bütün bu müddət ərzində burada 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlar nümayiş etdirilib. Yarmarkaya gələnlərə silah, texnika və avadanlıqlar barədə ətraflı məlumat verilir. Yarmarkanın ikinci hissəsi isə satış hissəsidir. Burada müxtəlif şirkətlər öz məhsullarını satışa çıxarıblar. Satış hissəsində qida məhsulları, kitablar, zəfəri simvolizə edən suvenirlər və digər əşyalar var. Vətəndaşlar həmin məhsullardan almaqla "YAŞAT" Fonduna da ianə etmiş olurlar".

Qeyd edək ki, oktyabrın 29-da başlayan Zəfər yarmarkası Dənizkənarı Milli Parkın ərazisində, Kukla Teatrının arxasında keçirilir. Yarmarka noyabrın 9-dək davam edəcək.

Zəfər yarmarkasına hər gün minlərlə insan axın edir - "YAŞAT" Fondunun rəsmisi (FOTO) - Gallery Image

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31