Zəfər günü ilə bağlı Şuşada parad keçiriləcək? - AÇIQLAMA

Bu gün sosial şəbəkələrdə və bəzi media orqanlarında Zəfər günü ilə bağlı Şuşada parad keçiriləcəyi haqda məlumat yayılıb.
 
Qafqazinfo hökumətdəki mənbələrdən əldə etdiyi məlumata istinadən bildrir ki, bu informasiya doğru deyil:
 
"Şuşada hər hansı hərbi parad nəzərdə tutulmur".
 
Mənbə onu da əlavə edib ki, belə mühüm məsələlərlə bağlı təsdiqlənməmiş məlumatların yayılması yolverilməzdir:
 
"Media nümayəndələri bu cür informasiyaları dövlət qurumları ilə dəqiqləşdirməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31