Əhaliyə qəti xəbərdarlıq edildi, oktyabr ayı...- RƏSMİ
30 Sentyabr 2021 19:13 SosialOktyabr ayına olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16, gündüzlər 17-22, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-40 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Gecələr havanın temperaturu 8-13, gündüzlər 18-23, bəzi günlərdə 26-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacaq.
Şərqi Zəngəzur və Qarabağ bölgəsində havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Mənbə: azerforum.com