Fındıq içində üzdüyü anları sosial mediada paylaşdı, milyonlarla insan izlədi
30 Sentyabr 2021 21:08 SosialTarlada topladığı fındıqları bir araya gətirən TikTok istifadəçisi, fındıqların içində üzdüyü anları sosial mediada paylaşdı. Video qısa zamanda milyonlarla insan tərəfindən izlənildi
Musiqili qısa videoların yayımlandığı TikTokda istifadəçilər hər an maraqlı videolar ilə qarşılaşa bilərlər. Bəzi videolar çox əyləncəli olsa da, bəzi istifadəçilərin davranışları insan sağlamlığına ciddi təhlükə yarada bilər. Daha əvvəl süd qazanında yuyunan, ayaqları ilə tomat pastası qazanda gəzən, kəsilmiş dönər parçalarını ağzına aparıb, geri qaytaran istifadəçilər həmin anları paylaşaraq gündəmə gəlmişdilər.
Bu dəfə isə Orduda yaşayan bir vətəndaş, TikTok hesabında fındıq içində üzmə anlarını paylaşdı. Fərqli günlərdə fərqli geyimlərdə toplanan fındıqların içində üzən və bu anları yayımlayan istifadəçi milyonlarla baxış aldı.