"Ermənilər yoldaşımın qəbrini qazıb içini çıxarıblar" - Gülüstan Əliyeva
30 Sentyabr 2021 11:32 SosialAxşam.az xəbər verir ki, bu szöləri Əməkdar artist Gülüstan Əliyeva "Bizimləsən" proqramında deyib. Müğənni şəhid həyat yoldaşı Zahid Əhmədovun Cəbrayılda məzarını tapmasından danışıb. O bildirib ki, ermənilər sağ vaxt yoldaşının başına pul qoyubmuş:
"Onu tanıyırdılar. O vaxtkı Hadrutun (Suqovuşan - red.) prokurorunun oğlunu öldürmüşdü. Ermənilər onu öldürmək üçün başına pul qoymuşdular. Ona görə də onun qəbrini dağıdıblar. Bütün qəbrlər bir tərəfdən oyularaq açılıb... Vəhşi erməninin əməlidir ki, qəbirləri açıb dəfn olunanları çıxarıblar. Dəmir parçaları atmışdılar ki, cəsədləri çıxarsınlar. Yoldaşımın da qəbrində böyük oyuq var idi, eləydi. Müsəlmanlarda cəsəd çiyniüstə dəfn olunur. Məhz o tərəfdən qazılıb və çıxarılıb".