Otuzdan artıq sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 28-də qida məhsulları sahəsində fəaliyyət göstərən 33 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Bu barədə Olaylar.az-a  Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edilən tarixdə 1 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyekt:

Subyektin adı

Fəaliyyət 

istiqaməti

İmtina səbəbi

1

Qurbanov Elxan Sabir oğlu

saxlanma

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31