Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar təxminən saat 22-55 radələrində Zaqatala və Qax rayonunun kəndlərində hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.
Mənbə: Big.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31