Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 67 400 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 043 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 417 975, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 730 132, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 687 843 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31