Azərbaycanda 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub
28 Sentyabr 2021 16:44 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, 2 114 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a
verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 482 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 082 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib, aktiv xəstə sayı 20 706 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 525, ötən müddət ərzində isə ümumilikdə 4 839 863 test aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31