Sumqayıtda avtobuslar kart sisteminə keçib
28 Sentyabr 2021 15:55 SosialBu gündən etibarən Sumqayıtda fəaliyyət göstərən avtobuslar kart sisteminə keçib. Bu barədə açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib. Onun sözlərinə görə, 206 sərnişin avtobusunun hər birinə xüsusi ödəniş terminalları quraşdırılıb.
"Bu gündən etibarən sərnişinlər avtobuslarda ödənişi kart sistemi vasitəsilə həyata keçirir. Onu da qeyd edim ki, sərnişinlər gediş haqqını istənilən təmassız bank kartları və NFC texnologiyasını dəstəkləyən cihazlar vasitəsi ilə də ödəyə bilərlər. Bank kartları olmayan sərnişinlər isə Visa Nəqliyyat kartlarından istifadə edə bilərlər. Həmin kartları avtobus sürücülərindən əldə etmək olar. Kartın balansını isə ödəmə terminalları vasitəsilə artırmaq mümkündür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31