Ramiz Əzizbəylinin məzar daşı hələ də qoyulmayıb - FOTOLAR
28 Sentyabr 2021 15:00 SosialXalq artisti Ramiz Əzizbəylinin dünyasını dəyişməsindən 4 ay ötür.
Olaylar.az xəbər verir ki, aktyorun məzar daşı hələ də qoyulmayıb.
Mərhum Xalq artistinin qızı Xədicə Əzizbəyli məsələ ilə bağlı Axşam.az-ın sualını cavablandırıb. O bildirib ki, yaxın günlərdə məzar daşı sifariş edəcəklər:
"Qəbir daşını öz vəsaitimizlə düzəltdirəcəyik. Forma üzərində qərar verib sifariş edəcəyik. İnşallah, yaxın günlərdə məzar daşı qoyular".
Qeyd edək ki, R.Əzizbəyli koronavirus infeksiyasına yoluxmuşdu. Aktyor iyunun 9-da yerləşdirildiyi xəstəxanada vəfat edib. (axsam.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31