Daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
28 Sentyabr 2021 14:42 SosialSabahdan etibarən 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən Olaylar.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb:
- Zabrat qəs. Nərimanov 23
- Ramana qəs. Daş Karxanası (ümumilikdə 6 ünvanda)
- Sadiq Cəfərov 26, Zabrat
- Babək 336, Zabrat
- Oktyabr küç. Zabrat
- Sabunçu qəs. Şəhər şosesi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31