Şəhid ailələri və müharibə əlillərinə 1600 mənzil verilib

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə  2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev verilməsinin nəzərdə tutulduğunu deyib. "Olaylar" xəbər verir ki, bunu  Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib. Nazir müavini bildirib ki, 2021-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır.  2021-ci il üzrə artıq 1600 mənzil verilib. Cənab Prezidentin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə də mənzillər verilir. Müharibə əlillərinin minik avtomobilləri ilə təminatının da uğurla davam etdirildiyini bildirən H.Abdullayev Nazirlik tərəfindən bu kateqoriyadan olanlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil, 2020-ci ildə 400 avtomobil verildiyini diqqətə çatdırıb.  2021-ci ildə isə  100 ədəd və bu gün daha 44 ədəd olmaqla, 144 avtomobilin, ümumilikdə ötən dövrdə 7350-dək avtomobilin müharibə əlillərinə təqdim olunduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31