Prezident bu səlahiyyəti DOST Agentliyindən aldı
21 Sentyabr 2021 13:58 SosialÖvladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin vəzifələri sırasından çıxarılıb.
Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.
Agentlik övladlığagötürmə sahəsində vəzifələrin icrasını təmin etməyəcək. (redaktor)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31