Ramin Bayramlını bu şəxs əvəz edə bilər - FOTO
12 Sentyabr 2021 18:51 SosialXəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədri Ramin Bayramlı bu gün tutduğu vəzifədən istefa verib.
Azərforum-un məlumatına görə, bu barədə o özü tvitter-də paylaşım edib.
İndilərdə sosial şəbəkələrdə yayılmış məlumatda isə artıq yeni TƏBİB sədrinin bəlli olduğu iddia edilir.
Məlumata görə, qurumun yeni rəhbəri TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri tibb elmləri doktoru, professor Akif Qurbanov təyin edilə bilər.
Şəbəkə istifadəçiləri iddia edirlər ki, uzun müddət hakim dairənin etimadını qazana bilmiş A.Qurbanov TƏBİB sədrliyinə ən real namizəddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31