Bakıda etiraz aksiyası

 

 
 

Bakıda böyük etiraz aksiyası baş verib, polis müdaxilə edib.

Gecə saatlarında Bilgəh sakinləri magistral yolu bağlayıblar.

Bakupost.az xəbər verir ki, nəticədə ərazidə böyük tıxac yaranıb, sürücülərlə sakinlər arasında gərginlik yaşanıb. Sakinlər bildiriblər ki, yüksək sürət həddinin qoyulduğu yolda piyada keçidinin olmaması insan təlafatına səbəb olur. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, nəticə yoxdur. Aksiya polisin müdaxiləsindən sonra başa çatıb.

 

 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31