VALİDEYNLƏRİN NƏZƏRİNƏ- Şagirdlərin yerdəyişməsi dayandırılır
11 Sentyabr 2021 10:10 SosialSentyabr 12-si saat 20:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Təhsil Nazirliyindən Olaylar.az.az-a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.
16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.
Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. (publika)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31