Qoşqar Məhərrəmov: “1000-1500, 2000-2500 civarında olan ödənişli ixtisaslarda təhsilin keyfiyyəti sual altındadır”
10 Sentyabr 2021 16:14 Sosial"Əgər ixtisaslar ödənişli olacaqsa, universitetlər tamamilə bu mənada sərbəstdir və sərbəst olmalıdır deyə düşünürəm. Sadəcə, əgər keyfiyyətli təhsil verib ödənişini yuxarı qoyursa, bu başa düşülən haldır."
Bu fikirləri Olaylar.az-a ayrı-ayrı təhsil müəssisələrində olan təhsil xərcləri arasındakı fərqlər və təhsil keyfiyyəti , üstünlüyü barəsində müzakirələrə aydınlıq gətirən təhsil üzrə ekspert Qoşqar Məhərrəmov deyib:
"Düşünürəm ki, dünyada universitetlərin inkişaf tendendiyasına baxdıqda , görürük ki, universitetlərdə getdikcə avtonomiya artır. Universtitetlərin öz ixtisasının ödənişini müəyyən etmə sərbəstliyi var. Bu bazar tənzimləməsinə görə müəyyən olunur. Əgər bir mal az tapılan maldırsa, ona təlabat çoxdursa, o malın dəyəri qalxır. Eynilə də təhsildə. Ödənişin məbləğinə gəldikdə isə bunu bazar tənzimləyir. Əgər tələb çoxdursa və oraya daha çox investisya yatırılıbsa, o zaman həmin ixtisasın ödənişi artır. Bunu tənzimləyəcək bir qrup yoxdur. Çünki, bütün universitetlər bunu özü tənzimləməlidi. Əgər ixtisaslar ödənişli olacaqsa, universitetlər tamamilə bu mənada sərbəstdir və sərbəst olmalıdır deyə düşünürəm. Sadəcə, əgər keyfiyyətli təhsil verib ödənişini yuxarı qoyursa, bu başa düşülən haldır. Yox əgər, keyfiyyətsiz təhsil verib ödənişi yuxarı qaldırırsa, təhsili aşağıdırsa təbii ki burda tənqid və müzakirələr olacaq.
Ümumiyyətlə ali təhsil müəssisələrinin əksəriyyətində 1000-1500, 2000-2500 civarında olan ödənişli ixtisaslarda təhsilin keyfiyyəti sual altındadır. Çünki, Azərbaycanda ingilis dilində, beynəxalq standartlarla ayaqlaşa bilən təhsil, bir neçə universitetdə verilir. Universitetlərin reytinqləri bunun göstəricisidir. Məzunlarının tapa bildiyi iş yerlərində biz bunu görə bilirik. Universitetlər bunu özü tənzimləməlidir. Necəki Harvardda , Oxfordda belədir. Bir qurum onun ödənişi tənzimləmir sadəcə məhsulu istehsal edən , xidməti istehsal edən onun qiymətini də özü qoyur. Düşünürəm ki , bizdə də elə olmalıdır."