Sosial ödəniş alanların sayı açıqlandı

Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,1% və ya 158 mln. manat çox olmaqla 3 983 mln. manat ödənilib. 2,4 milyon nəfərədək şəxs bu sosial ödənişlərlə əhatə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31