Elçin Əfəndi: “İstər dövlət sifarişi, istərsə də ödənişli əsaslarla oxuyan hər bir  tələbənin təhsil xərci deyə anlayış var”

Ayrı-ayrı təhsil müəssisələrində olan təhsil xərcləri arasındakı fərqlər və təhsil keyfiyyəti , üstünlüyü bir çoxlarının müzakirə mövzusuna çevrilib. Təhsil üzrə ekspert Elçin Əfəndi Olaylar.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, təhsil xərclərinin təyin olunması, Nazirlər Kabineti və həmin ali təhsil müəssisəsinin qarşılıqlı razılığı əsasında tənzimlənir. İstər dövlət sifarişi, istərsə də ödənişli əsaslarla oxuyan hər bir  tələbənin təhsil xərci deyə anlayış var. Bu təhsil xərci isə müvafiq olaraq, dövlət sifarişli əsaslarla oxuyan tələbələr üçün dövlət tərəfindən ödənilir.Eyni zamanda ödənişli əsaslarla oxuyan tələbələr üçün də yenə də dövlət tərəfindən  müəyyən hissəsi qarşılanır, qalanını  isə tələbənin özü ödəyir.

Ekspert həmçinin təhsil xərclərinin fərqləri ilə bağlı mövzulara toxunub.

"Hər hansı bir universitetin təhsil haqqı ilə digər universitetin təhsil haqqı arasındaki fərqə gəlincə isə, bu yalnız həmin universitetin təqdim etdiyi təhsil-keyfiyyət göstəricisindən asılıdır.  Məsələn : ADA universitetində kompyüter elmləri və yaxud kompyüter mühəndisliyi üzrə təhsil daha keyfiyyətl təqdim olunur, amma həmin ixtisas misal olaraq, Koorperasiya Universitetində həmin keyfiyyət qədər təqdim olunmur. Eyni zamanda ADA universiteti öz tələbələrinin xaricə çıxış imkanlarını təqdim etdiyi halda digər universtetlərdə isə bu çıxış imkanları təqdim olunmur. Həmçinin, tədris ADA universitetində ingilis dilində aparılırsa , digər universitetlərdə bu təqdim olunmur. Belə bir hal olduğu zaman, universitet təhsil haqqının daha yüksək olmasını verdiyi təhsil keyfiyyətinə görə  təqdim edir.  Bunun birbaşa tənzimlənmə prosesi yalnız təhsil-keyfiyyət göstəricisinin yüksək olması, müvafiq olaraq universitetlərin  standartlara cavab verməsinə və tələbənin özünü daha rahat, daha komfortlu mühütdə hesab etməsinə və  gələcək iş imkanlarının daha böyük olmasına əsaslanır. Bunu da nəzərinizə çatdırım ki, misal olaraq, Bakı Dövlət Universiteti ölkənin ilk yaranmış və  dövlət universitetidir. Orada təqdim olunan hər hansı bir ixtisasın keyfiyyət göstəricisi nə ADA-a nə də ki, digər universitetlər qədər deyil. Yəni bu universitetlərin təhsil göstəriciləri  digər universitetlərin təhsil göstəricilərindən daha üstündür. Təhsil haqqının birbaşa tənzimlənməsi isə sırf qeyd etdiyim faktlara əsaslanır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31