YAP sədrinin intim videosunu Pərvin Abışova və Mahir Xəttab yaylb

Sentyabrın 9-u jurnalist Pərvin Abışova və Mahir Xəttab Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar. Pərvin Abışova dindirilmədən sonra sərbəst buraxılsa da Mahir Xəttab Binəqədi təcridxanasına aparılıb.

Jurnalist Arifə Əliyeva anews.az-a bildirib ki, ilkin ehtimal kimi Mahir, haqqnda intim video yayılan Ramiz Göyüşovdan həmin görüntülərin silinməsi üçün pul istəyib. Buna görə Ramiz Göyüşov jurnalistlə bağlı  Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edib.

YAP-ın Binəqədi rayon üzrə sabiq sədri ilə əlaqə saxladıq. O " siz jurnalist Mahir Xəttab haqqında şikayət etmisinizmi?" sualını eşitdikdən sonra telefonu söndürdü.

Vəkil Mehman Muradlı isə Mahir Xəttatın hansı səbəbdən saxlanmasının detallarını bir neçə saatdan sonra öyrənə biləcəyini deyib.

Baş Prokrorluq  jurnalist Mahir Xəttabın saxlanmasını təsdiqləyib. Bildirilib ki, o hədə qorxu ilə tələb etməkdə təqsirləndirilir və daha ətraflı araşdırıldıqdan sonra məlumat veriləcək.

Bir necə gün öncə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun sosial şəbəkələrdə intim videosu yayılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31