Avtomobillərə “texosmotr” ləğv edilir
10 Sentyabr 2021 12:13 SosialRusiyada bu ilin sonuna qədər icbari texniki baxışın ləğvi haqqında qanun qəbul oluna bilər. Bunu Rusiyanın Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak bəyan edib.Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, yenidən işlənmiş qanun layihəsinin Dövlət Dumasında baxıldıqdan sonra yeni çağırışda qəbul ediləcəyi gözlənilir. İcbari texniki baxışın yalnız sahibi dəyişdiriləcəyi halda saxlanılması təklif olunub.
"Bu da ancaq avtomobil və yaxud motosikletin istehsal tarixindən dörd il ötməsi halında həyata keçirilməlidir", - deyə Turçak bildirib.
Qanun layihəsinin yalnız fiziki şəxslərə aid olduğu, kommersiya avtomobilləri üçün işləməyəcəyi vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31