İnsanlaşmaq, insanlaşdırmaq işində qınamaq yoxdur...
9 Sentyabr 2021 15:22 Sosial" Qınaq həqiqətsizliyə qarşı olan həqiqət kimi görünür, bilinir. Di gəl, o, həqiqəti yox, həqiqətsizliyi təsdiq edir. Ona görə ki, həqiqətçinin istəyi qınamaq deyil - acımaqdır, ifşadır."
Bir çoxlarının azad fikirlərinə və hərəkətlərinə mane olan əsas meyarlardan biri "camaat nə deyər " fikri ilə başlanır, insan ölümü ilə bitir. Bir sözlə insanlar çox vaxt başqalarının fikirləri ilə yaşayır.
Qınaq cəmiyyətin ən aktual mövzularından biridir. Qınaq bir çoxlarımızın həyatını məhv edən, intihara belə sürükləyən bir haldır. Qınaq özümüzü və başqalarını açıq şəkildə pisləmək, alçaltmaq, təhqir etməkdir. Hətta belə desək, bəzi insanlar kimisə qınamaqdan böyük zövq alırlar. Amma düşünmürlər ki, onlara psixoloji təsir edirlər. Doğrudur insanlar azad düşüncəyə sahibdirlər . Amma arzu-istəklərimiz , xəyallarımız daha güclüdür . Qınaq bizim bütün xəyallarımızın, düşüncələrimizin, həyat tərzimizin və.s məhvinə səbəb olur. Əsas meyar olaraq isə "Camaat nə deyər" düşüncəsidir ki, bu düşüncə bütün istəkləri və arzuları məhv edir. Qınaq cəmiyyətdə qəbul olunmuş davranış qaydalarını pozan insanlara qarşı sözlə edilən təzyiqdir. Bu gün həddindən çox qınaq obyekti olan mövzular var. Qınağın müsbət tərəfi hansısa pis bir işdən digərini çəkindirməkdirsə, mənfi tərəfi isə insanları basqı altında saxlayaraq onları həyatdan təcrid etməkdir. Cəmiyyətimizdə daha çox kimlər qınanılır? Təbii ki, ilk növbədə qısa geyim geyən xanımlar, şort geyən kişilər, pirsinq edən xanım və kişilər.
Kimisə həddən çox qınamağa heç birimizin haqqı yoxdur.Təbii ki, heç bir insan istəməz ki , cəmiyyətimiz bu yöndə formalaşsın. Hər bir valideyn bu insanlara qarşı çox həssasdır ki, bu da başa düşülən haldır. Cəmiyyətdə normal insanların formalaşması üçün normal təbliğat aparmaq lazımdır. Qeyd edək ki, ailədaxili münaqişələr zəminində baş verən hadisələrdə bir çox insanların qınaq obyektinə çevrilir və dastan olur. Bu cür qınaqlar isə cəmiyyətimizə, istərsə də həmin ailənin üzvlərinə mənfi təsir bağışlaya bilər. Buna misal olaraq 2019-cu ildə baş vermiş acı hadisəni qeyd etmək istəyərdim.
Bildiyniz kimi Elina Hacıyevanın əsas intihar səbəbləri məktəbdə məruz qaldığı zorbalıq və özünə inamının az olması göstərilirdi. Elina 2018-ci ildə evinin yaxınlığında yerləşən 162 saylı məktəbə keçəndən sonra məktəblilər onu ələ salmağa və aşağılayıcı adlar verməyə başlayıblar. Elina özünü müdafiə edə bilmədiyindən, hadisələr onun içinə qapanıb .O, nəinki uşaqlar tərəfindən təzyiqlərə məruz qalıb, həmçinin müəllimləri tərəfindən qınanılaraq təzyiqlər görüb. Biologiya müəllimi Leyla Mixaylovanın onunla kobud davranması, sinif rəhbərinin ona təzyiqlər etməsi, 10-11-ci sinif oğlanlarının onu təpikləməsi və s.
Hadisə barədə Elina anasına müraciət edib. Anası Sevil Hacıyeva isə məktəbin direktoruna müraciət edib. Lakin direktor heç bir tədbir görməyib. Elina intihardan iki həftə öncə dərslərini buraxmağa başlayıb. Anası onu digər məktəbə köçürməyə çalışsa da, Elinanı qəbul etməyiblər. Hər kəsə məlumdur ki , yeniyetmə gəncin intihar etməsinin başlıca səbəbi "ictimai qınaq" ın nəticəsidir. Elinanın ailəsində baş verən hadisələri əllərində bayraq edərək onda təzyiq göstərən müəllimələri və sinif yoldaşları artıq onun ölümünə səbəb oldular. Hər birimiz direktor və müəllimlər tərəfindən ona edilən təzyiq və qınağın nəyə səbəb olduğunu gördük.
İctimai qınaq insan ləyaqət və qürurunu zədələyir. Bu, bir insan psixologiyası üçün çox təhlükəlidir. Bu o demək deyil ki, ictimai qınaq ümumiyyətlə olmamalıdır. İctimai qınaq olub, var və həmişə də olacaq. Çünki olmasa cəmiyyətdə daha pis hadisələr baş verə bilər. Əlbəttə, biz qadını bıçaqlayıb öldürən kişini, gənc və yeniyetmə qızlara olunan zorakılığı və bulimiyaya səbəb olan insanları tənqid etməliyik. Sadəcə diqqət etmək lazımdır ki, cəza günahdan böyük olmasın və nəyisə həll etməyi hədəf etsin, məhv etməsin. Bax budur ictimai qinaq. Olmasa vəziyyət daha da pis olar.
İradəsiz və "onun", "bunun" sözləri ilə yaşayan insanlar daim öz həyatlarını məhv edir və elə "onun", "bunun" fikirləri ilə də həyatı davam etdirirlər . Lakin insanlar dərk etməlidir ki, niyə ətrafın dəxlisiz istəklərinə, fikirlərinə uyğun yaşayıb, arzularımızı içimizdə boğuruq? Biz insanlar özümüz özümüzün ən böyük qatiliyik. Bəzən qınaq ucbatından öz xoşbəxtliyimizdən də oluruq. "Camaat nə deyər " fikri bizim bütün həyatımızı alt-üst edir. Anlaması gec olsa da , zaman keçdikcə fərqinə varırıq ki, biz artıq yersiz qınaqlar ucbatından məhv olmuşuq.
Həyat insana bir dəfə verilib .Niyə görə bu həyatı özümüz istədiymiz kimi yox , camaatın istəkləri ilə yaşayırq? Niyə görə hansısa yersiz , haqsız qınağa görə həyatımızı kimlərinsə əlində hədəfə çevirirk?. Və kimlərsə bizi idarə etsin.Əslində bu mövzu ətrafında çoxlu sayda suallar yaranır . Hər sualdan sual doğur. Biz isə bu suallara cavab axtarmaq yox, bu sualların yaranmaması uğrunda çalışmalıyq, belə hallara yol verməməliyik. Istənilən anda insan öz həyatını dəyişə bilər. Yetər ki, istəsin. Və bu cür mənasız qınaqlara isə əhəmiyyət verməyərək həyatımıza davam etməliyik. Doğrudur hər bir insan öz adını, şərəfini, əxlaqını qorumalıdır!. Amma, kiməsə görə yox, kiminsə istəklərimə görə yox , yalnız və yalnız özünə görə. Dünyada ucaltmaqdan, dəyərləndirməkdən çətin iş yoxdur. Çalışın ki , yersiz və mənasız qınaqlar əvəzinə, insanlara daha çox maarifləndirici nələrisə ötürəsiniz. Həyatı öz istəklərinizlə yaşamaq və mənasız qınaqlara baş qoşmamaq, həyatınızı məhv etməmək diləyi ilə....
Mehriban Xəlilli