Pandemiya uzun müddət DAVAM EDƏCƏK-ÜST

Dünya Səhiyyə Təşkilatının Təcili Yardım Proqramının rəhbəri "Michael Ryan", yeni növ koronavirus xəstəliyinin səbəb olduğu pandemiyanın uzun müddət davam edə biləcəyini söyləyib.

Olaylar.az  xəbər verir ki, Ryan bildirib ki, "Problem, səhiyyə sektorunda fövqəladə vəziyyətin nə qədər davam etdirilə biləcəyidir".

Onun sözlərinə görə bu vəziyyət neçə nəfərin xəstəliyi ciddi şəkildə daşıyacağından, neçə nəfərin virus nəticəsində öləcəyindən və yayılmaya nəzarətin necə olacağından asılıdır.

Mütəxəssis qeyd edib ki, xəstəxanaya yerləşdirilmədən ölümdən qurtula bilsək virusun yayılmasını nisbətən cilovlaya bilərik. Nəticədə, səhiyyə sektorunda da fövqəladə vəziyyət ləğv edilə bilər.

"Bəs virus yox olacaqmı?" Əlbəttə yox. "Bu bir reallıqdır və virus bizimlə qalacaq" - "Michael Ryan" qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31