Millət vəkili seçicilərə hesabat təqdim edib

50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Seyidzadə parlamentin yaz sessiyası dövründə görülən işlərin hesabatını təqdim edib. "Olaylar"ın məlumatına görə,  millət vəkili qeyd edib ki, bu müddət ərzində fəaliyyətimizi vətəndaşlara xidmət göstərilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının davamlı və dayanıqlı inkişafına dəstək verilməsinə yönəltdik: "2020-ci il və 2021-ci il Yaz sessiyası dövrü ərzində Milli Məclisin deputatı olaraq vətəndaşlarla iş istiqamətində: - açıq münasibət, əlçatan ünsiyyət, problemlərin nəticəyönümlü həlli prinsipləri fəaliyyətimizin əsasını təşkil etmişdir: "Bu müddət ərzində, 50 saylı Abşeron Qobustan dairəsi üzrə vətəndaşlar tərəfindən ünvanıma 1216 müraciət daxil olmuşdur ki, bunlardan 80.7%-i icra olunmuş, 11.5% qanunvericiliyin tələblərinə cavab verməmiş, 7.8%-i ilə bağlı icra prosesinin davam etdirilməkdədir. Geridə qalan müddət ərzində fərdi, kənd, qəsəbə, şəhər, Abşeron və Qobustan rayonları, ümumilikdə ölkə ilə bağlı qaldırılan məsələlərə dair addımlar atılmışdır. 2020-ci il və 2021-ci il Yaz sessiyası dövrü üçün olan hesabatı Sizlərə təqdim edərək, bu müddət ərzində olan hərbir müraciət sahibinə hesabatın göndərilməsini planlaşdırdığımızı diqqətinizə çatdırırıq. Bu dövr ərzində vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin araşdırılaraq, səlahiyyət və qanunvericiliyin imkanları çərçivəsində həlli istiqamətində köməklik göstərmiş bütün dövlət qurumlarına, fəaliyyətimizin işıqlandırılmasında daima dəstək verən media nümayəndələrinə öz təşəkkürümü bildirirəm!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31