"Şagirdlərin məktəbdə maska taxması məcburi deyil" TƏHSİL NAZİRLİYİ

Uşaqların məktəblərdə maska taxması məcburi deyil, bu, valideynlərdən asılıdır.

Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

O bildirib ki, bunun üçün orta məktəblərdə heç bir məcburiyyət yoxdur. Valideyn istəsə, uşaqları maska taxa bilər. Bununla bağlı orta məktəblərdə heç bir qayda yoxdur.

Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31