Məktəbli formasında dəyişiklik olacaqmı?
7 Sentyabr 2021 15:04 Sosial"Vahid məktəbli forması ilə bağlı qaydalar hazırlansa da, hələ qəbul edilməyib".
Olaylar.az xəbər verir ki, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, məktəbli formaları mövcud qaydalarla tənzimlənəcək.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə bildirib ki, məktəbli formaları təsdiq olunsa belə, mövcud forma bir müddət qüvvədə qalacaq:
"Yeni formaya keçid tədricən aparılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31