“Daha məhdud qapanmalara gedilməsinin tərəfdarıyıq” NAZİR

"Azərbaycanda pandemiya bitməyib. Vaksinasiya prosesi sürətləndikcə vəziyyət yaxşıya doğru dəyişməlidir".

Olaylar.az xəbər verir ki, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, hansısa təhsil müəssisəsində müəyyən yoluxmalar qaçılmazdır:

"Bu zaman ayrı-ayrı məktəblər üzərindən həmin yerə uyğun qərarlar veriləcək. Məsələn, bir şagird 13 nəfərlə ünsiyyətdə olursa, daha məhdud qapanmalara gedilməsinin tərəfdarıyıq, nəinki bütün məktəbin bağlanmasının".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31