Mühazirələrdə tələbələrə hansı məhdudiyyət qoyulacaq?

"Yaxın günlərdə ali və orta ixtisas təhsili müəssisələrində təşkilati məsələlərlə bağlı qaydalar hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq".

Olaylar.az xəbər verir ki, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, əyani təhsilə keçiddə böyük auditoriyalarda çoxlu sayda tələbə ilə mühazirələrin keçirilməsinin əleyhinəyik:

"Biz mühazirələrdə təxminən 50 nəfərin iştirakını nəzərdə tuturuq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31