"Özəl məktəblər qərarı özləri verəcəklər" EMİN ƏMRULLAYEV
7 Sentyabr 2021 14:41 Sosial"Özəl məktəblər pandemiyadan əvvəlki dövrdə təqvimləri dövlət müəssisələrindən fərqlənir".
Olaylar.az bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.
Nazir bildirib ki, onlarda tədris müddəti daha uzun olur: "Məktəbləri tez açdıqda daha çox yoluxma olur deyə, qaydalar onlara da şamil edilir. Riskləri qiymətləndirib tədrisin başlamasını planlaya bilərlər. Özəl məktəblər daha kiçikdir, say etibarilə azdır. Onlar özləri qərara verib 1-2 həftə daha tez başlaya bilərlər. İstədikləri halda gec də başlaya bilərlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31