Sabahın hava proqnozu AÇIQLANDI
7 Sentyabr 2021 13:40 SosialSentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-19, gündüz 22-24, Bakıda gecə 17-19, gündüz 22-24 dərəcə olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecə ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə olacaq.