Hərbi jurnalistika mövzusunda tədbir keçirilib

Senytabr ayının 6-da "Davam" gənclər hərəkatı, "Davam Vətənpərvərlik" klubunun və  "Azərbaycan Gənclik Platformunun"  birgə təşkilatçılığı ilə "Hərbi jurnalistika" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən siyasi şərhçi İlyas Hüseynov  Qarabağ müharibəsindən əvvəl və sonra beynəlxalq aləmin Azərbaycana qarşı sərgilədiyi  mövqeyindən bəhs edib. 

Daha sonra hərbi  jurnalistikanın inkişafı, bu sahə üzrə ölkədə keçilən seminarlar və əsl hərbi jurnalist necə olmalıdır, işini necə qurulmalıdır kimi mövzularda gənclərlə birlikdə müzakirələr aparılıb. Gənclər tədbirdən xoş təəssüratlarla ayrılıb və sonda xatirə şəkili çəkdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31