Azərbaycanda daha bir müəllim COVID-19-dan vəfat etdi - FOTO

Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib.

"Oxu.az"  xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) 52 yaşlı müəllimi Rəna Əhədova koronavirusun qurbanı olub.

O, 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib.

Qeyd edək ki, son günlər koronavirusdan vəfat edən müəllimlərin sayında artım müşahidə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31