Açıq havada maska taxmaq məcburi olacaq? - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) növbəti həftələrdə açıq havada maskanın məcburi olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev publika.az-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qərarı yoxdur. Buna görə də bu məlumatlar həqiqəti əks etdirmir".

Qeyd edək ki, bəzi kiv-lərdə növbəti həftələrdən açıq havada maskanın məcburi olması ilə bağlı məlumatlar yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31