«Azəriqaz» İmişli sakinlərinin problemlərini dinləyəcək

"Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir. "OLAYLAR" xəbər verir ki, bu dəfə "Açıq mikrofon" İmişli rayonunun Kürdmahmudlu kəndində sakinlərin ixtiyarında olacaq.

Bu barədə məlumatı İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyev facebook səhifəsində paylaşıb. Bildirilib ki, sayca 10-cu olan aksiyada vətəndaşların problem və təklifləri dinləniləcək. "Səyyar qəbul otağı" 07 sentyabr saat 11:00-dan 13:00-dək vətəndaşların üzünə açıq olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31