Türkiyə millisinin oyunçusu İstanbulda saray tikdirir

Cenk Tosun İstanbulun Acarkent şəhərində ev alıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, kobud tikintisindən saraya bənzəyən evini 18 milyon TL-yə alan hücumçu, evin dekorasiyası üçün də 15 milyon TL-ni qurban verib.

Hürriyətdən Mehmet Üstündağ xəbərinə görə; Cenk Tosunun Acarkentdəki evinin inşası 33 milyon TL -ə başa gəlib.

Yanvar ayında yenidən Evertonda oynayacaq futbolçu, bu müddət ərzində yeni evində dincəlməyi və məşq etməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31