Bazar günü hava necə olacaq? PROQNOZ
Sentyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
4 Sentyabr 2021 13:13 SosialSentyabrın 05-də gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-dən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 26-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.