Məktəblilər məcburi peyvənd EDİLMƏYƏCƏK

Rusiyada 18 yaşına çatmış şagirdlər koronavirus infeksiyasına qarşı məcburi peyvənd edilməyəcək. Peyvənd olunmamış məktəbliləri dərsə buraxmamaqdan da söhbət getmir.

Rusiyada 18 yaşına çatmış şagirdlər koronavirus infeksiyasına qarşı məcburi peyvənd edilməyəcək. Peyvənd olunmamış məktəbliləri dərsə buraxmamaqdan da söhbət getmir.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Təhsil nazirinin birinci müavini Aleksandr Buqayev bildirib.

Nazir müavini bildirib ki, heç kim uşaqları heç nə etməyə məcbur etməyəcək:

"Heç kim uşaqları bir şey etməyə məcbur etməyəcək, bunu məsuliyyətlə sizə bildiririk. Və təbii ki, bu məsələ hətta gündəmdə deyil". O əlavə edib ki, peyvənd olunmayanların dərsə buraxılmamasından da söhbət getmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31