Prezident növbəti medal qazananları TƏBRİK ETDİ
Prezident İlham Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyeva və Orxan Aslanovu təbrik edib.
4 Sentyabr 2021 11:16 SosialPrezident İlham Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyeva və Orxan Aslanovu təbrik edib.
Olaylar.az-ın məlumatına görə, dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31