ŞƏHİD VƏ QAZİ ÖVLADLARINA NÖVBƏTİ QAYĞI

Möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı  İlham Əliyev cənablarının «Dəmir yumruğu» ətrafında birləşərək cəmi 44 gün  ərzində mənfur və yağı düşmən üzərində şanlı qələbəmizi təmin edən, hər biri  ilə hər an sonsuz qürur duyduğumuz və şöhrət  tacımız sandığımız minlərlə şir  ürəkli, polad iradəli ərənlər sırasında həmyerlilərimiz də misilsiz qəhrəmanlıq və şücaət göstərmişlər.

Möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı  İlham Əliyev cənablarının "Dəmir yumruğu" ətrafında birləşərək cəmi 44 gün  ərzində mənfur və yağı düşmən üzərində şanlı qələbəmizi təmin edən, hər biri  ilə hər an sonsuz qürur duyduğumuz və şöhrət  tacımız sandığımız minlərlə şir  ürəkli, polad iradəli ərənlər sırasında həmyerlilərimiz də misilsiz qəhrəmanlıq və şücaət göstərmişlər. Müqəddəs torpaqlarımızı, doğma yurd - yuvalarımızı  30 illik erməni işğalından azad edərkən şəhidlik zirvəsinə ucalmışların və qazilərin  ailə üzvlərinə diqqət və qayğı ölkə başçısı İlham Əliyev cənablarının fəaliyyətinin başlıca prioritetidir. Bu humanist ənənəni müntəzəm olaraq xoş  əməlləri ilə yaşadan Yevlax Şəhər İcra Hakimiyyəti yeni dərs ilinin başlanması  və bilik günü  ilə əlaqədar şəhid və qazilərimizin övladları  üçün daha bir  gözəl. maraqlı, yaddaqalan və hər kəsdə xoş ovqat yaradan tədbir  keçirmişdir. Kür çayının axarlı-baxarlı sahilindəki Bulvar istirahət kompleksində  düzənlənmiş tədbirə dəvət olunmuş fidan balalar və onları müşaiyət edən valideynlər, nənələr-babalar mövcud karantin rejiminin tələblərinə uyğun müəyyən məsafə  saxlanılmaqla açıq səma altına düzülmüş, üzəri əsl bayram süfrəsi tək  bəzədilmiş masalar arxasında əyləşmişdilər. Tədbiri Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova açaraq, ilk öncə iştirakçılara ŞİH Başçısı Anar Tağıyevin salamını yetirmiş, şəhidlərmizə uca Tanrıdan rəhmət, qazilərmizə möhkəm cansağlığı, məktəbli balalara isə xoşbəxt və firavan ömür  arzulamışdır. 
Sonra iştirakçıların təntənəli alqışları altında bir neçə gündən sonra  məktəbə   yollanacaq şəhid və qazi övladlarına Şəhər İcra Hakimiyəti tərəfindən (cəmi 44 nəfər) məktəbli çantası, məktəbli forması və dərs ləvazimatları paylanmış,   birgə  xatirə şakilləri çəkdirmişlər.
Tədbirdə iştirak edən şəhid valideynləri, ailələri və qazilər çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı, müstəqil  Azərbaycanımızın dövlətçilik və qəhrəmanlıq tarixinə qızıl hərflərlə şanlı  səhifələr yazılmasına müvəffəq olmuş Qalib Ordmuzun Qalib Sərkərdəsi İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, bu günkü tədbiri araya-ərsəyə gətirən şəhər rəhbərliyinə ən dərin təşəkkürlərini  ünvanlamışlar.
Həmin gün Bulvardakı bütün əyləncə vasitələri, mexanizmlər və müxtəlif  növ attraksion qurğuları şəhid və qazilərimizin fidan balalarının xidmətində durmuş, onların asudə vaxtlarının şən, yaddaqalan və səmərəli keçməsini  təmin etmişdir. 
 
Ramiz HƏMİDOV,
Yevlaxda çıxan "Kür" qəzetinin
"Tərəqqi" medallı müxbiri
      

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31