Ramin Bayramlıdan xəstəxana rəhbərlərinə TAPŞIRIQ

İdarə Heyətinin sədri Ramin Bayramlı COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün ayrılmış xəstəxanalarda aparılan müalicə işi ilə bağlı növbəti onlayn görüş keçirib.

İdarə Heyətinin sədri Ramin Bayramlı COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün ayrılmış xəstəxanalarda aparılan müalicə işi ilə bağlı növbəti onlayn görüş keçirib.

TƏBİB-dən verilən məlumata görə konfransda virusla mübarizə tədbirlərinə cəlb edilmiş xəstəxanaların rəhbərləri iştirak edib.

Çıxış edən İdarə Heyətinin sədri tətbiq edilən müalicə prosesinin effektivliyi, xidmət keyfiyyətinin yaxşılaşdırılması barədə danışaraq bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.

Daha sonra xəstəxana rəhbərlərinin mövcud vəziyyətdə müalicə işinin aparılması ilə bağlı fikirləri dinlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31