Azərbaycan iqlimə həssas ölkələr siyahısında neçəncidir?
2020 ND-GAIN İndeksi"də Azərbaycan iqlim dəyişikliyi və qlobal problemlərə görə 181 həssas ölkə arasında 73-cü yerdədir
20 Avqust 2021 22:59 Sosial"2020 ND-GAIN İndeksi"də Azərbaycan iqlim dəyişikliyi və qlobal problemlərə görə 181 həssas ölkə arasında 73-cü yerdədir.
"Margin.az" xəbər verir ki, bu barədə Dünya Bankı və Asiya İnkişaf Bankının birgə hazırladığı "İqlim Riski olan ölkələrin profili" hesabatında qeyd olunub.
Bu siyahıda Ermənistan 57-ci, Qazaxıstan 46-cı, Türkmənistan 124-cü, Gürcüstan 40-cı, Qırğızıstan 75-ci yerdə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31