Rusiya xarici işlər naziri Lavrov Əfqanıstanla bağlı AÇIQLAMA VERİB

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, Əfqanıstanda təmsilçi hökumət qurmağa kömək etmək üçün milli dialoqun qurulması lazım olduğunu söyləyib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, Əfqanıstanda təmsilçi hökumət qurmağa kömək etmək üçün milli dialoqun qurulması lazım olduğunu söyləyib.
 
Lavrov və Liviya Milli Birlik Hökumətinin xarici işlər naziri Necla el-Mengush, paytaxt Moskvada keçirdikləri görüşdən sonra mətbuat konfransı təşkil ediblər.
 
Əfqanıstandakı vəziyyətə toxunan Lavrov deyib: "Taliban hələlik Əfqanıstanın bütün ərazisinə nəzarət etmir".
 
Xarici qüvvələrin Liviyadan çıxarılmasının vacibliyini vurğulayan Lavrov, ölkədəki 5+5 Birgə Hərbi Komitəsinin qərarlarını dəstəklədiklərini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31