Baş infeksionistdən 3-cü doza vaksinlə bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov 3-cü doza vaksinin kimlərə vurula biləcəyinə aydınlıq gətirib.
11 Avqust 2021 16:49 SosialSəhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov 3-cü doza vaksinin kimlərə vurula biləcəyinə aydınlıq gətirib.
Bu barədə nazirliyin instaqram səhifəsində suallara cavab verərkən deyib.
O qeyd edib ki, ilk növbədə, üçüncü doza vaksin olunmalı şəxslər tibb işçiləri, xüsusilə də COVID-lə mübarizə aparan həkimlər, daha sonra 60 yaşdan yuxarı olanlar, müəyyən xroniki xəstəliklər səbəbindən immun sistemi zəif olanlardır:
"Bu şəxslərə üçüncü doza məcburi deyil, sadəcə tövsiyə edilir. Hər şey o insanların qorunması üçündür. Dövlət üçün insan sağlamlığı ön plandadır. Burada heç bir maraq güdülməməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31