Yoluxma sayı yenidən artır: Karantin rejiminə qayıda bilərik?
"Gündəlik yoluxma sayına görə qapanma tətbiq edilməyəcək..."
6 Avqust 2021 10:05 Sosial"Gündəlik yoluxma sayına görə qapanma tətbiq edilməyəcək. Amma aktiv xəstə sayına görə qoyulacaq. Gündəlik yoluxma sayının artım trendi dəhşətli dərəcədə deyil".
Olaylar.Az xəbər verir ki, bu sözləri həkim-mütəxəssis Vasif İsmayıl "ARB24"ə müsahibəsi zamanı bildirib.
O əlavə edib ki, Azərbaycanda çox ciddi məhdudiyyətlərin tətbiq olunmasına hələlik ehtiyac yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31